AZ

Ukrayna ordusuna pul bağışlayan tələbə Rusiyadan qovulub...

Bu arada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fundamental tibb fakültəsində təhsil alan əcnəbi tələbə Ukrayna Silahlı Qüvvələrinə pul bağışladığı üçün ölkədən, yəni Rusiyadan qovulub.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə universitetin və fakültənin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, universitet gəncin ödənişli əsaslarla oxuduğunu və heç bir akademik borcunun olmadığını da bildirib. Bundan əlavə, Moskva Dövlət Universitetinin nümayəndələrinin dediyinə görə, Sergey Qulko təkrar inzibati xətalara görə, habelə “universitetin divarları arasında” ictimai şəkildə siyasi baxışlarını nümayiş etdirdiyinə görə universitetdən xaric edilib.

Xatırladaq ki, Qulko polisə tabe olmadığı üçün aprelin 3-də saxlanılaraq 10 sutka həbs edilmişdi. Daha sonra keçmiş tələbə pasportunu təhlükəsizlik qüvvələrinə göstərməkdən imtina edib.

...Və rusların “humanist” hüquq-mühafizə orqanları onun sosial şəbəkələri ilə maraqlanaraq orada “ekstremist materiallar” aşkar ediblər.

...Elə buna görə dəvə onun həbsinədaha 12 gün əlavə ediblər.

Son qərar kimi isə Rusiyanı tərk etməsi göstərilib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
sia.az

1Mənbələr