AZ

ABŞ ordusu Baltimorda körpünün bir hissəsini partladıb

ABŞ ordusu Merilend ştatının Baltimor şəhərində uçan Frensis Skott Key körpüsünün qalan hissəsini sökmək üçün partlayışdan istifadə edib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

 

Mütəxəssislərin fikrincə, körpü ilə toqquşaraq dağılandan sonra dağıntılar arasında qalan “Dali” yük gəmisinin yolunu açmaq üçün körpünün aşırımını partlatmaq lazım olub.

 

ABŞ Ordusu Mühəndislər Korpusunun sözçüsü Scott Spellmon bildirib  ki, "bu, soğanı soymağa çox bənzəyir".

 

Partlayışın plan üzrə baş verdiyi qeyd edilir.

Martın 26-da FoxBaltimore, Baltimorda Frensis Skott Key şossesi körpüsünün uçduğunu bildirdib.

 

Körpünün  dağılmasına səbəb yük gəmisi ilə toqquşma olub.

 

Konteyner gəmisinin körpüyə çırpılması, strukturun Patapsko çayına uçmasına səbəb olub.

 

Körpünün ərazisində nəqliyyatın hərəkəti tamamilə bağlanır;

Əvvəllər ABŞ administrasiyası körpünün uçması ilə bağlı ilkin xərclər üçün 60 milyon dollar ayırmışdı.

 

 

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
oxu24.com

1Mənbələr