AZ

Qərbi Azərbaycan şirin inciləri

   İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən  (AMKA)   “Qərbi Azərbaycanın şirin inciləri” qrant layihəsi çərçivəsində Gənc  Kulinarların VI Respublika Çempionatının birinci mərhələsi keçirildi.

   Tədbirin açılışında  Assosiasiyanın Prezidenti Tahir Əmiraslanov, Peşə Təhsili Müəssisəsinin direktoru Cəlil Bağırov, KOB dostu Sədyar Şirəlibəyli, İsmayıllı Resort Hotelin rəhbəri Anar İsrafilov çıxış etdilər.

   Çempionatdan  əvvəl  İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə  və müəllimlərinə müsabiqəyə çıxarılan Qərbi Azərbaycan  şirniyyatların hazırlanma texnologiyası, tarixi, etnoqrafiyası, və s. haqqında mühazirələr oxundu. Tədbir çərçivəsində burada təhsil alan tələbələr çempionatın ikinci mərhələsinə vəsiqə qazandılar. Müsabiqədə şagirdlər 40 adda Qərbi Azərbaycan şirniyyatlarını hazırlayıb  sərgidilər. 17 nəfər müəllim, usta və şagird Qərbi Azərbaycan şirniyyatları üzrə usta sinif kecdilər. 

   Assosiasiyanın prezidenti Tahir Əmiraslanov peşə təhsili müəssisəsinin kitabxanasına və rəhbərliyinə 2022-ci ildə  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qrant dəstəyi ilə çap edilmiş “Qarabağ mətbəxinin inciləri” kitablarını  hədiyyə etdi. Bundan əlavə, “Kulina” jurnalının nadir nüxsələri, Dolmalar, Novruz süfrəsi, 5x12 =?,  Qastrosofiya, Qacarlar dövrü Azərbaycan mətbəxi  və digər kitablar Peşə Təhsili Mərkəzinin kitabxanasına təqdim olundu.

   Müsabiqədə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin aşpazlıq üzrə I kurs qrup  şagirdləri təqdim etdikləri Qərbi Azərbaycan Şirniyyatları: Fətir, Gül mürəbbəsi, Gülqənd, Zoğal mürəbbəsi, Ərik mürəbbəsi (Tərifə Kəngərlinskaya), Südlü sıyıq, Həsüdə (sütsümə) və s. şirniyyat növlərinə görə Qızıl, II kurs qrup şagirdləri hazırladıqları Qərbi Azərbaycan şirniyyatları : Paxlava, Mafiş, Qoz mürəbbəsi, Fətir, Narşərab, Quymaq, Süd çörəy, Gilas qurusu və s. şirniyyat növlərinə görə Gümüş, digər aşpazlıq ixtisasında təhsil alan şagirdlər isə təqdim etdikləri Qərbi Azərbaycan Şirniyyatları: Döymənc, Badımcan mürəbbəsi, Qarpız mürəbbəsi, Noğul, Ərik qurusu, Yağlı firni, Qozlu kömbə, Qozsuz kömbə və s. şirniyyat növlərinə görə isə Bürünc medallara layiq görüldülər.  

   Qeyd edək ki, növbəti müsabiqələrin digər bölgələrdə və xarici ölkələrdə keçirilməsi planlaşdırılır. Çempionatın keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın mətbəx vasitəsiylə tanıdılması, mədəniyyətimizin ən vacib parçasının – Qərbi Azərbaycan bölgə mətbəximizin assimilyasiyadan qorunmasına xidmət etməkdir.

 

   Fidan SALMANOVA

   XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
xalqqazeti.az

1Mənbələr