AZ

70 gün əvvəl itkin düşən qadının meyiti tapıldı

Lənkəranda 70 gün əvvəl itkin düşən qadının meyiti tapılıb.

"Unikal" xəbər verir ki, qadının meyiti bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində tapılıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
unikal.az

10Mənbələr