AZ

Super Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı

Futbol üzrə Türkiyə Super Liqasında 2024/2025 mövsümünün başlayacağı tarix bəlli olub.

Futbolinfo.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, çempionat avqustun 9-da start götürəcək.

Sonuncu turun qarşılaşmaları 2025-ci il iyunun 1-də gerçəkləşəcək.

Super Liqanın cari mövsümünə isə mayın 26-da yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
2
futbolinfo.az

5Mənbələr