AZ

Sərfəli qiymətə "Oppo K12x"

Keçən ilin may ayında K11x modelini təqdim edən Oppo indi portfelinə yeni bir versiya əlavə edir. 

News24.az xəbər verir ki, şirkətin K seriyasının ən yeni telefonu olaraq elan edilən Oppo K12x, münasib qiyməti və mühüm xüsusiyyətləri ilə istifadəçilərin diqqətini çəkməyi bacarır. 

Xüsusiyyətlərinə baxdığımızda Çin bazarında təqdim edilən telefon sələfi ilə eyni prosessordan istifadə edir. 2021-ci ildə təqdim edilən və 2x 2.2GHz Cortex-A78 və 6x 1.8GHz Cortex-A55-dən ibarət səkkiznüvəli Qualcomm Snapdragon 695 çipsetini 8GB, 12GB LPDDR4X yaddaş və 256GB, U2.FS5 yaddaş variantları təqdim edilir.

Görünür, ekran tərəfində də ixtisar edilib. K11x modelində 6,72 düymlük ekran istifadə edilərkən, Oppo K12x üçün 2400 x 1080 piksel təsvir ölçülü və 120 Hz yeniləmə sürətinə malik 6,67 düymlük Full HD + OLED ekrana üstünlük verilib.

Android 14 əsaslı ColorOS sistemində işləyən yeni Android telefonunda 50 meqapiksellik arxa kamera, 2 meqapiksellik dərinlik sensoru və 16 meqapiksellik selfi kamerası var. Bundan əlavə, cihaz 80 Vt SuperVOOC sürətli şarj dəstəyi ilə 5500 mAh batareyaya malikdir.


Yaşıl və boz rəng variantları ilə Çin bazarında satışa çıxarılan cihaz Oppo K12x yəqin ki, Türkiyəyə gəlməyəcək. 8GB + 256GB versiyanın qiyməti 179 dollar, 12GB + 256GB modelinin qiyməti 207 dollar, 12GB + 512GB modelinin qiyməti isə 248 dollardır.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
news24.az

1Mənbələr