AZ

İranda rejimlə bağlı Vəziyyət: "Hicabda yumşalma olub, amma..." - Güneyli politoloq 

"Hicab məsələsində yumşalma olsa da, İranda hər an hər şey ola bilər"

Bunu Referans.az-a açıqlamasında Güney Azərbaycandan olan politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsgəri deyib.

Ekspert bir neçə ilə öncəyə qayıtmaqla, baş verənləri belə şərh edib:

"2018- ci ildən biz İranda xalqın etirazlarına şahid olduq, ondan sonra zaman- zaman bəzi şəhərlərdə etirazlar başladı. Amma, rejim bunu basdırmağa çalışdı və başardı. 2022- ci ildə məlum Məhsanın öldürülməsi məsələsində yenidən demək olar ki, İranın bütün bölgələrində biz rejimə qarşı olan etirazları hər mənada gördük. Açıq şəkildə artıq iki məsələ ortaya çıxdı: Xalq o rejimi istəmir, rejim də əlindən gələcəyi hər bir şeyi edəcəyini göstərdi. Çox sayda insanı öldürdülər, işgəncələrə məruz qoydular. Qismən də olsa düşünürəm ki, hicab məsələsində yumşalma olub. Ancaq bu rejimin istəyindən deyil. Etirazların nəticəsində idi vəziyyət bu hala gəldi. Rejim ideoloji şəkildə eyni qaydada davam edir".

Ekspert deyir ki, bu gün İrandan yayımlanan videoları filmlərdə görməyimiz mümkünsuzdür: "Nisbətən də olsa, uğur əldə edilib. İrandakı iqtisadi problemlər isə eyni şəkildə davam edir. Bilirsiniz, Həmasla İsrailin arasındakı başlayan savaşdan sonra İranda bu məsələyə müdaxilə olması İranla İsrailin arasında gərginliyə səbəb oldu. Xalqda umid oldu ki, Qərb və İsrail rejimi gəlib ortadan qaldıracaq. Buna baxmayaraq, bu nəticə vermədi. Bir həqiqət var. O da bundan ibarətdir ki, rejim qəddarcasına bütün etirazları ayaqlamaq istəyir. Heç bir hədd tanımır. Xalq da buna dəfələrlə şahid olub. Qərb dünyasının İran rejiminə qarşı öz maraqlarını güddüyünü, İrandakı insan haqlarını tanımadığını, xalqın diqqət mərkəzində olmadıqlarını gördük".

Kərim Əsgəri deyir ki, tufandan öncə sakitliyin olmasına insanlar artıq İranda şahiddilər:

"Hər an hər şey ola bilər. Unutmayaq ki, söhbət İran rejimindən gedir. Yaxın Şərqdə və İran öz daxilində qeyri- demokratik hərakatların arxasında olan rejimdir".


Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
referans.az

1Mənbələr