AZ

"Qəzzaya gedən yardım karvanlarına hücumlar dəhşətdir" - Devid Kameron

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşan yəhudilərin Qəzza zolağına gedən humanitar yardım maşınlarına hücumlarını "dəhşət" adlandırıb.

Sitat.info xəbər verir ki, Kemeron X sosial media platformasında verdiyi açıqlamada deyib: "Ekstremistlərin Qəzzaya gedən yardım karvanlarına hücumları dəhşətlidir" 

Qəzza xalqının aclıq təhlükəsi ilə üz-üzə qaldığını və ümidsiz şəkildə ərzaq təminatına ehtiyacı olduğunu vurğulayan Kemeron hesab edir ki. İsrail hücum edənlərdən hesab çəkməli və yardımların daxil olması üçün daha çox işlər görməlidir."Narahatlığımı İsrail hökumətinə çatdıracağam",

Qəzzaya humanitar yardım aparan karvanlar tez-tez israilli ekstremistlər və qeyri-qanuni məskunlaşan yəhudilərin hədəfinə çevrilir.

İşğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşan yəhudilər, İsrailin aylardır davam edən bombardmanları ilə yanaşı aclıqla da mübarizə aparan Qəzza zolağına gedən yardım maşınlarını dayandırır, ləvazimatları yola tökürlər.

Türkan,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
sitat.info

1Mənbələr