AZ

Sabah vəkilliyə sənəd qəbulunun son gündür, imtahanın daha asan keçəcəyi gözlənilir

Sabah vəkilliyə sənəd qəbulunun son gündür.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 26.05.2024-cü il tarixdə saat 10:00-da ARVK və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Hazırda imtahana sənəd qəbulu davam edir. Mayın 15-də isə sənəd qəbulu başa çatacaq. Sənədlərini təqdim etməmiş şəxslər 15 may 2024-cü il tarixədək Vəkillərin Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

Əldə edilən məlumata görə, bu dəfə imtahanın daha asan keçəcəyi gözlənilir. Belə ki, texniki tapşırıq əvvəlki imtahanlarla müqayisədə daha da asanlaşıdırılacaq. Əvvəlki imtahanlarda namizədlərin qarşılaşdığı çətinliklərlə bağlı fikirləri Kollegiya rəhbərliyi tərəfindən nəzərə alınıb, sualların nisbətən asanlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində (Türk Dövlətləri Parlament Assambleyasının inzibati binasının yanında) yerləşən DİM-in inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 10 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.

Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
4
e-huquq.az

5Mənbələr