AZ

Bərdədə Beynəlxalq Ailə Günü münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə Mədəniyyət Mərkəzində 15 May Beynəlxalq Ailə Günü münasibətilə bayram tədbiri keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın üzvləri, nümunəvi, gənc və çoxuşaqlı ailələr, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbər və işçiləri, rayon ictimaiyyəti iştirak ediblər.
 
Tədbir rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgiyə baxışla başlayıb.
 
Öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Sonra komissiyanın sədri Səfurə Hümbətova ailə dəyərləri mövzusunda ətraflı məruzə edib. Beynəlxalq Ailə gününün əhəmiyyətindən danışaraq bildirib ki, xalqımız ailə dəyərlərini daim uca tutur, onu mənfi təmayüllərdən qoruyaraq möhkəmləndirir.
 
Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Fərid Hacıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasətinin bu gün ölkəmizdə uğurla davam etdirildiyindən danışıb, xalqımızın bir ailə kimi cənab İlham Əliyevin ətrafında sıx birliyini xüsusi vurğulayıb.
 
Mövzu ətrafında Bərdə Regional "ASAN Xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinin müdiri Məftunə Əfəndiyeva çıxış edərək ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ailələr cəmiyyətin əsas aparıcı qüvvəsi kimi dövlətimiz tərəfindən qorunur və xüsusi himayə edilir.
 
Tədbirdə gənc ailələr adından - təzəcə ailə qurmuş Səxavət İsmayılov, qocaman ailələr adından - Ramiz Salmanzadə, çoxuşaqlı ailələr adından 17 uşaq atası Taleh İsgəndərova xatirə hədiyyələri təqdim edilib.
 
Tədbir Bərdə rayon Mədəniyyət  Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı və Sabit Rəhmanın "Toy kimindi" adlı komediyası əsasında hazırlanmış  tamaşa nümayişi ilə başa çatıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
moderator.az

1Mənbələr