AZ

Parlament spikerlərinin görüşünün sülh prosesinə müsbət təsiri ola bilər -EKSPERT/ÖZƏL

Ümumiyyətlə, biz bilirik ki, bundan əvvəl də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilmişdir. Parlament rəhbərlərinin görüşü vacib və əhəmiyyətlidir, deyə düşünürəm. Bu gün Azərbaycan müxtəlif səviyyələrdə Ermənistanla danışıqları davam etdirir. Təkcə diplomatik kanallar, yəni xarici işlər nazirləri və digər səviyyələrdə deyil, həm də qanunverici hakimiyyət orqanlarının rəhbərlərinin görüşləri, təmasları dərinləşdirməsi vacib əhəmiyyətə malikdir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi. 

Ekspert qeyd etdi ki, bu gün Azərbaycanla Ermənistan arasında bir çox problemli məsələlər həll olunub və həll olunmağa davam edir. Delimitasiya ilə bağlı işlər görülür, sülhlə bağlı anlaşılmazlıqlar və müəyyən narazılıqlar artıq yavaş-yavaş aradan qalxır. Bu fonda hesab edirəm ki, parlament rəhbərlərinin də sıx görüşləri keçirməyi müstəsna əhəmiyyətə malikdir. Əlbəttə ki, sülh prosesinə parlament rəhbərlərinin görüşünün müsbət təsirləri olacaq. Çünki hər iki ölkənin parlament rəhbəri təkcə iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin detallarını deyil, həm də parlamentarilər səviyyəsində qarşılıqlı səfərlərin konturlarını, həmçinin iki ölkə parlamentinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı verə biləcəkləri töhfələr ətrafında da müzakirələr aparılacaq. Bu baxımdan hesab edirəm ki, Cenevrədə parlament rəhbərlərinin görüşü Azərbaycanla Ermənistan arasında yeni bir əlaqələr kollapsının yaranmağına səbəb olacaq ki, bu da hər iki ölkənin gələcək münasibətləri baxımından vacib əhəmiyyətə malikdir. 

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
ikisahil.az

1Mənbələr