AZ

BDU-da Cahangir Məmmədlinin ustad dərsi olub

Bakı, 14 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədlinin ustad dərsi olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, o, “Müasir mətbuatda müsahibə və onun janr xüsusiyyətləri” mövzusunda mühazirə ilə çıxış edib.

Cahangir Məmmədli müsahibənin müasir mətbuatda oynadığı roldan danışıb. Professor 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin xarici mediaya verdiyi müsahibələrdən maraqlı nümunələr gətirərək informasiya müharibəsində janrın üstünlüklərindən bəhs edib.

Təqdimatda Cahangir Məmmədlinin erməni vandallığına uğramış Ağdam məscidi qarşısındakı müsahibəsinə də yer verilib.

Sonda tələbələrin sualları cavablandırılıb və xatirə fotosu çəkilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
3
azertag.az

4Mənbələr