AZ

“Biz müharibənin bitməsi ilə bağlı danışıqlar aparmırıq” – Olaf Şolts

İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitində Ukraynada müharibənin başa çatması məsələsi müzakirə edilməyəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “Stern” jurnalına açıqlamasında deyib.

“Heç kim şişirdilmiş gözləntilərə malik olmamalıdır. Biz orada müharibənin bitməsi ilə bağlı danışıqlar aparmırıq. Ən yaxşı halda bu, Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlara gətirib çıxara biləcək prosesin başlanğıcıdır”.

Onun sözlərinə görə, İsveçrədə atom elektrik stansiyalarının təhlükəsizliyi, taxıl ixracı, əsir mübadiləsi məsələləri və nüvə silahından istifadə ilə bağlı zəruri qadağa müzakirə olunacaq.

Almaniya kansleri Ukraynadakı müharibəsinə Avropa ölkələrinin dəstəyinin də lazımi səviyyədə olmadığından məyusluğunu gizlətməyib. “Ukraynanın təcili olaraq daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var”, – deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Ukraynanın təşəbbüsü ilə təşkil olunan Qlobal Sülh Sammiti 15–16 iyun tarixində İsveçrədə keçiriləcək. Tədbirdə 100-dən çox ölkədən nümayəndə dəvət olunacaq.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
konkret.az

1Mənbələr