AZ

"Hayat Bilgisi"sinin "Barbi"si ekranlara qayıdır - FOTO

Türkiyənin unudulmaz "Hayat Bilgisi" serialında "Barbi" obrazı ilə yadda qalan İpek Erdem çəkiliş meydançalarına qayıdır.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Kudüs Fatihi Selahaddin Eyyubi" serialında yeni dəyişiklik olmadığı təqdirdə, iyunun 10-da mövsümə fasilə verilməsi planlaşdırılır.

Rejissorluğunu Sedat İncinin etdiyi serial yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir. Serialın komandasına İpek Erdem daxil olub.

Erdem layihədə "Gökçiçek" obrazına həyat verəcək. Serialın 25-ci bölümündə Arslanşahın həyat yoldaşı olaraq tamaşaçıların qarşısına çıxacaq gözəl aktrisa Arslanşahın ambisiyasından istifadə edərək Nurəddinə hakim olmağa çalışacaq.

Qeyd edək ki, aktrisa 2018-ci ildən bəri Londonda yaşyırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
baku.ws

1Mənbələr