AZ

"Mançester Yunayted"in kapitanı "Bavariya"ya keçə bilər

"Mançester Yunayted" kapitanı Bruno Fernandeş komandadan ayrılmaq istəyir.

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Bu barədə "Independent" nəşri məlumat yayıb.

"Bavariya" 29 yaşlı orta xətt oyunçusunu transfer etmək istəyir. Münhenlilər təcrübəli futbolçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Səudiyyə Ərəbistanı klubları da Fernandeşi həyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvar ayında "Sportinq"dən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
sportal.az

1Mənbələr