AZ

Co Bayden kimə işlədiyini bir daha etiraf etdi - VİDEO

ABŞ Prezidenti Co Bayden kimə işlədiyini bir daha etiraf edib.

Bu barədə o, Asiya-Amerika, Yerli Havay və Sakit Okean Adaları İrs Ayını qeyd etmək üçün bazar ertəsi Ağ Evdə verdiyi ziyafətdə danışıb.

O, bildirib ki, vitse-prezidenti Kamala Harris üçün işləyir.

“Adım Co Baydendir. Mən Kamala Harris üçün işləyirəm. Ondan vitse-prezidentim olmasını xahiş etdim, çünki məndən daha ağıllı birinə ehtiyacım olduğunu bilirdim”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Bayden bu barədə ilk dəfə danışmayıb. Ötən ilin may ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin təltif edildiyi “EMILY's List” mərasimində - “Dostum Kamalaya da təşəkkür etmək istəyirəm - mən Ağ Evdə onun üçün işləyirəm”, - deyə ağzından qaçırmışdı.

Mənbə: KP.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
1
oxu.az

2Mənbələr