AZ

Dövlət qurumu 2,9 milyonluq 3 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi 3 tenderə yekun vurub.

Dövlət qurumu 4 milyonluq dərman aldı - SİYAHI

FED.az xəbər verir ki, qurum tenderlərin qaliblərinə toplamda 2 921 524 manat ödəyəcək.

Qeyd edək ki, ən iri məbləğli tenderi "Set Medical" MMC udub. Sözügedən şirkət 1 985 095 manat dəyərində tenderin qalibi seçilib.

Daha detallı aşağıdakı cədvəldə :

Satınalma predmeti

Qalib şirkət

Məbləğ

Ümumi tibbi sərf malları

"Set Medical" MMC

 

1 985 095 AZN

Angioqrafiyada istifadə olunan sərf malları

"Paşa-K" Firması

405 562 AZN

Kardiocərrahiyyədə istifadə olunan sərf malları

"Nsmedikal" MMC

530 867 AZN

 

Qeyd edək ki, “Set Medical” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 30 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hilal Alxasov Raqif oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli , ev 3, m. 19 ünvanında yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
fed.az

1Mənbələr