AZ

"Molla Nəsrəddin" filminin heyəti Özbəkistanda

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin yaradıcı heyəti Özbəkistanda səfərdə olub.

Kulis.az xəbər verir ki, filmin çəkilişlərinin aparılacağı Türk dövlətlərində məkanların seçilməsi, heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması, həmçinin digər istiqamətlərdə bir çox işlər həyata keçirilib. Özbəkistan səfərində filmin yaradıcı heyəti ilə yanaşı Mədəniyyət Nazirinliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov da iştirak edib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə filmin birgə istehsalı qərara alınıb. Bu layihədə bütün Türk dövlətləri iştirak edəcək. Filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda aparılması, hər bir ölkədə həyata keçiriləcək çəkilişlərin həmin ölkə tərəfindən maliyyələşdirilməsi ilə bağlı razılığa gəlinib.

100 dəqiqəlik filminrejissoru və ssenari müəllifi Vaqif Mustafayev, baş prodüseri Zaur Darabzadə, prodüseri Azər Quliyev, icraçı podüseri Tofiq Musayevdir.

Ekran əsərinin çəkilişlərinə avqust ayında başlanılacaq. Film haqqında ətraflı informasiya tezliklə kinoinfo.az saytında yerləşdiriləcək,

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
1
kulis.az

4Mənbələr