AZ

Bruno Fernandeşdən gözlənilməz qərar

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş mövsümün sonunda klubu tərk etməyə hazırdır.

Offsideplus.az xəbər verir ki, mayın 25-də "Mançester Siti" ilə keçiriləcək İngiltərə Kubokunun final matçı 29 yaşlı portuqaliyalı üçün təkcə "Mançester Yunayted" üçün deyil, həm də Premyer Liqada sonuncu ola bilər.

Fernandeş 2020-ci ilin yanvarında 65 milyon avroya "Sportinq"dən "Yunayted"ə keçib və o vaxtdan bəri "qırmızı şeytanlar"ın ən davamlı futbolçusu olub. Bruno “Mançester Yunayted”in heyətində 230 matçda 79 qol vurub və 64 məhsuldar ötürmə edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
offsideplus.az

1Mənbələr