AZ

ABŞ dövlət katibinin köməkçisi Gürcüstana səfər edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen rəsmi səfərlə Tbilisiyə gəlib.

Yenisabah.az NewsGeorgia-ya istinadla xəbər verir ki, səfər Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu fonunda baş verir. ABŞ və Aİ bunu demokratik dəyərlərə zidd adlandırırlar. Onlar qeyd edirlər ki, qanun müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı yönəlib.

Dövlət katibinin köməkçisi Gürcüstanın müxalifət partiyaları, vətəndaş cəmiyyəti təşkilatları və hökumət nümayəndələri ilə görüşlər planlaşdırıb. Konkret şəxslərin adı açıqlanmayıb.

Baş nazir İrakli Kobaxidze bildirib ki, tənqidçilərin “rus oliqarxı” adlandırdığı hakim “Gürcü arzusu” partiyasının fəxri sədri və milyarder qurucusu Bidzina İvanişvili O’Brayenlə görüşdən imtina edib.

Kobaxidzenin sözlərinə görə, buna səbəb İvanişvilinin artıq “de-fakto sanksiyalar altında olması” və “şantaj altında bir dənə də olsun görüş keçirə bilməməsi”dir. “Gürcü arzusu” İvanişvilinin hesablarındakı 2 milyard dolların dondurulmasını bu vəsaitlərin Rusiya mənşəli olması ehtimalına görə “de-fakto sanksiyalar” adlandırır.

Gürcüstanın baş naziri əmin edib ki, “de-fakto sanksiyalar” götürülərsə, İvanişvili mövqeyini dəyişəcək.

ABŞ Dövlət Departamentində O'Brayen 2023-cü ilin oktyabrına qədər sanksiyalar üzrə koordinator vəzifəsində çalışıb. Bu statusda o, ötən ilin yayında Gürcüstana səfər edib. O zaman Vaşinqton Rusiyanın sanksiyalardan yayınması baxımından problem yaradan ölkələr sırasında Gürcüstanın olduğunu vurğulamışdı.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
yenisabah.az

1Mənbələr