AZ

"Yerli kənd məhsulları xarici məhsullardan daha baha təklif olunur"

Son zamanlarda mövsümü olmayan meyvələr bazarlarda alıcılara təklif olunur. Amma onların zərərli və ya zərərsiz olmasından heç kəs xəbərdar deyil.

Tələbat olduğu üçün satışa çıxarılan bu meyvələr əslində dərman və qatqılarlamı yetişdirilir? Bəs onlar sağlamlıq üçün təhlükəlidir, ya yox?

Mövzu ilə bağlı qida eksperti Ağa Salmanov açıqlama verib.

O bildirib ki, bütün meyvə və tərəvəzlər təbiət tərəfindən mövsümə uyğun kodlaşdırılıb.

"Məsələn heyvanı yayda yeyə bilmərik təbii olaraq, çünki bu qış mövsiminə aid meyvədir. Mövsümi meyvələri fəslində yeməyimiz genetik kodlarla üst-üstə düşür. İnsan əli dəyən meyvələr insana zərər verməsə belə, faydası yoxdur. Mövsümində yetişməyən meyvələrin parniklə satışı bura aiddir. Bunların parnikdə yetişdirilməsi üçün müəyyən maddələrdən istifadə olunur. Bəzən kimyəvi pestisid zəhərlənməsi olur. Yayda yeyilən xiyarla insanın süni kodlaşdırdığı parnik süni xiyar böyük fərq var. Hər bir meyvə, tərəvəzi mövsümində yemək insan orqanizminə faydası böyükdür. Ziyanı odur ki, dərmanlanan məhsullardır. Hansı ki onlar bəzən yuyulmur, bunun nəticəsində də müəyyən xəstəliklərə yol açır. Bu da mədə xorası, allergik xəstəliklərə gətirib çıxarır.

Xaricdən ölkəmizə idxal olunan bəzi meyvələr adətən petsidlərlə yetişdirilir. Bəzi meyvələrə qarşı 17-18 petsid istifadə olunur. Bu petsidlər gəmiricilərdən qorumaq üçün, böcəklərə qarşı, yarpaqları solmaması, meyvənin üstündə ləkələr əmələ gəlməsi üçün istifadə olunur. Ölkəyə idxal olunan hibrid meyvə və tərəvəzlərin də faydası yoxdur. O dərmanlar sayəsində qidaların dadı da qaçıb. Mövsümü olmayan meyvələrin qiyməti də kifayət qədər bahadır".

Bəs kənd məhsullarının bazarda geniş yayılması üçün nə kimi addımlar atmaq olar?

Ekspert qeyd edib ki, gələcək üçün ən yaxşı çıxış yolu kənd təsərrüfatını gücləndirmək və kəndlilərə maliyyə baxımından yardım etmək lazımdır.

"Onlara təqaüd şəklində pul verilə bilər ki, onlar sırf torpaqla məşğul olsunlar. Buna səbəb kəndlilərdə işinə qarşı maraq oyatmaqdır. Onlarda əkib-becərməyə həvəs olmalıdır ki, məhsullarını harda, necə satacaqlarını dərd eləməsinlər. Marketlərə baxdıqca yerli kənd məhsulları yerinə, xarici üstü kağızlı məhsulları görürük. Şərait yaratmaq lazımdır ki, insanlar öz məhsullarını rahat Bakıya gətirib sata bilsinlər. Belə olduğu halda rəqabət də artacaq. Sağlam rəqabət olanda isə qiymətdə endirimlər də olur, müəyyən kompaniyalar da olur.

Belə şəraitdə insanların bəziləri kəndə üz tuta bilərlər. İnsanlar torpağa bağlı olub, işlərini sevərək görməlidirlər. Bu kimi hal olmazsa, yerli məhsullar qıtlaşacaq. Yerli məhsullar azaldığı halda o dərmanlı məhsullar ölkəyə daha da daxil olacaq. Biz ölkəyə xarici məhsulları gətirən insanlardan yox, yerli kəndlilərdən asılı qalmalıyıq, onların təbii məhsullarına üz tutmalıyıq. Biz daha çox yerli kənd təsərrüfatının kəndlilərinin məhsullarına üstünlük verməliyik".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
big.az

1Mənbələr