AZ

Azərbaycan bankının Türkiyədəki törəməsinin Bakıda istiqrazları yerləşdiriləcək

14 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə PASHA Yatırım Bankası A.Ş.-nin ümumi dəyəri 25 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 25 min ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 6,19%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

 

 

istiqrazlar PASHA Yatırım Bankası
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
marja.az

1Mənbələr