AZ

Rafiq Hüseynov: “Şou göstərməyimi istədi, dedim mənə atlanıb-düşmək yaraşmaz” - VİDEO

“O məndən balacadır. Xasiyyətimiz də fərqlidir”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində 87 kq-da Olimpiya Oyunlarına lisenziya qazanan 35 yaşlı idmançı bu çəkidə digər vəsiqəni əldə edən belaruslu Kirill Maskeviçlə arasında olan maraqlı dialoqu açıqlayıb. Hüseynov bildirib ki, neytral bayraq altında çıxış edən güləşçi ona maraqlı təklif irəli sürüb: “Xalçadan çıxmağa hazırlaşanda şou göstərməyimizi istədi. Soruşduqda nə şousu, dedi ki, gəl güləş fəndi göstərək, bir-birimizi başımızın üstündən ataq. Bildirim ki, Kirill səni bilmirəm, mənim 35 yaşım var, burda atlanıb-düşmək mənə yaraşmaz. O da hardasa pərt oldu. Artıq belə şeylər yaşıma uyğun deyil. Ona görə bir az güldük. Sonra başa saldım ki, belə etmək yaxşı görünməz. Bir nəfər gülər, bir nəfər sevinər, amma kiminsə də xoşuna gəlməyə də bilər. Kənardan “şit” görünməkdən ehtiyatlı olmaq lazımdır”.

Qeyd edək ki, Dünya kubokunu qazanan Maskeviçin 26 yaşı var.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
idman.biz

1Mənbələr