AZ

Boksçularımız Astanada rinqə çıxacaq

Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.

Sportnet.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.

“Elorda Cup”da İlqar Qasımzadə hakim qismində yer alacaq.

Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sportnet.az

1Mənbələr