AZ

13 yaşlı qıza 15 nəfər təcavüz etdi

14 il əvvəl 13 yaşlı qız məktəb yoldaşının evinə gedərkən dostu tərəfindən cinsi istismara məruz qalıb. Bu vəziyyəti lentə alan dostu onu şantaj edib. 

News24.az xəbər verir ki, qız uşağını eyni məhəllədə yaşadığı və iki il eyni məktəbdə oxuduğu şəxslər görüntülərlə hədələyərək cinsi əlaqəyə məcbur ediblər. 

İki il ərzində kiçik qız 15 nəfər tərəfindən cinsi istismara məruz qalıb.

Nəhayət, qız 2012-ci ildə Uşaq Bürosuna gedərək başına gələn hadisələri bir-bir izah edib və onun şikayəti əsasında araşdırma başlanıb.

10 il davam edən işdə 2023-cü ildə qərar verilib. Məhkəmə 13 təqsirləndirilən şəxsə 6 ildən 23 il 5 aya qədər həbs cəzası verib.

Yerdə qalan iki təqsirləndirilən şəxsə isə bəraət verib. Fayla etiraz edən İstanbul Regional Ədalət Məhkəməsi hökmü ləğv edib.

Qeyd edək ki, yenidən məhkəmə prosesi başlayıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
1
news24.az

2Mənbələr