AZ

Pakistan bütün dövlət müəssisələrini özəlləşdirəcək

"Pakistan strateji əhəmiyyətli qurumlar istisna olmaqla, bütün dövlət müəssisələrini özəlləşdirir".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən bildirir ki, bunu İslamabadda Özəlləşdirmə Nazirliyi və Özəlləşdirmə Komissiyası ilə bağlı məsələlərə dair baxış iclasına sədrlik edən Pakistanın baş naziri Şehbaz Şərif deyib.

Onun sözlərinə görə, özəlləşdirmə prosesi, o cümlədən tenderlər və digər mühüm addımlar televiziya vasitəsilə canlı yayımlanacaq. 

"Xüsusilə də Pakistan Beynəlxalq Hava Yolları şirkəti bu qaydada özəlləşdiriləcək. Pakistanın dövlət aviaşirkətinin özəlləşdirilməsi üçün ilkin seçim prosesi bu ayın sonunadək başa çatacaq". - deyə baş nazir vurğulayıb.

Ş. Şərif qeyd edib ki, Özəlləşdirmə Nazirliyi və Özəlləşdirmə Komissiyası 2024-2029-cu illər üçün özəlləşdirmə proqramının yol xəritəsini təqdim edib. Əsasən enerjipaylayıcı şirkətlər özəlləşdirmə proqramına daxil edilib. Bundan başqa, Pakistanın mənfəətlə işləyən dövlət müəssisələri prioritet kimi özəlləşdiriləcək.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
bakivaxti.az

1Mənbələr