AZ

Putinin keçmiş mühafizəçisini özünə köməkçi təyin edib

Vladimir Putinin keçmiş mühafizəçisi Aleksey Dyumin prezidentin köməkçisi kimi müdafiə-sənaye kompleksinə nəzarət edəcək, həmçinin idman və Dövlət Şurası məsələləri ilə məşğul olacaq.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Putin Dyumini 2016-cı ilin sentyabrından rəhbərlik etdiyi Tula vilayətinin qubernatoru vəzifəsindən kənarlaşdıraraq öz köməkçisi təyin edib. Ondan əvvəl isə Dyumin prezidentin mühafizəçisi olub və Müdafiə Nazirliyində Sergey Şoyqunun müavini vəzifəsində işləyib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
azpost.info

1Mənbələr