AZ

ATƏT-in Minsk qrupu uzun illər nəyə xidmət etdi? – Təqaüdçü siyasətçilərin səmərəsiz fəaliyyəti (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun 28 il ərzində səmərəsiz fəaliyyəti iləQarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmadı,əksinə uzun illər ərzində işğalçıya dəstək verdi.

Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olansədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarətnaziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkənMinsk qrupunun fəaliyyətinə məntiqi qiymət verərək ATƏT-in Minskqrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsininvaxtı olduğunu diqqətə çatdırdı.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəylibildirib ki, ATƏT bütövlükdə səlahiyyətinə aid olan məkanda hərhansı bir münaqişənin həll olunması ilə bağlı bu günə qədərprinsipial bir mövqe sərgiləməyib və uğura imza atmayıb.

“Azərbaycan əraziləri işğal altında olduğu zaman kəsiyi ərzindəErmənistan durmadan silahlandırılırdı, bu ölkəyə ödənişsizəsaslarla silahlar verilirdi. Ermənistan həm hərbi texnika, həmhava hücumundan müdafiə sistemləri və digər məqamlarla bağlı bütünkvotaları keçmişdi. Amma biz həmin dövrdə ATƏT-in bu məsələ iləbağlı mövqeyinin şahidi olmadıq”, - deyə E.Mirzəbəyli bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
3
az.trend.az

1Mənbələr