AZ

Hər gün duş qəbul etsək nə olar?

Mütəxəssislərin fikrincə, müntəzəm duş qəbul etmək dəri və ümumi sağlamlığa müxtəlif təsirlər göstərə bilər.

"Cebhe.info" xəbər verir ki, dermatoloqlar bildirirlər ki, hər gün duş qəbul etmək dərinin təbii yağ və nəm balansını poza bilər.

İsti su və tez-tez sabundan istifadə dərinin təbii baryerini zəiflədə, quruluq və qıcıqlanmaya səbəb ola bilər. Bununla belə, uyğun təmizləyici vasitələrin seçilməsi və duş vaxtının azaldılması bu mənfi təsirləri azaldır.

Mütəxəssislər şampundan tez-tez istifadənin saçları quruda və baş dərisini qıcıqlandıra biləcəyini bildirirlər. Saçın təbii yağlarını qorumaq üçün şampundan az istifadə etmək və ya təbii yağları balanslaşdıran məhsullar seçmək vacibdir.

Mütəxəssislər onu da vurğulayırlar ki, hər gün duş qəbulu orqanizmin mikrobiomuna təsir edir və təbii bakterial tarazlığı pozur.

Bununla belə, mütəmadi olaraq duş almanın təmizlik və şəxsi gigiyena baxımından vacib olduğunu danılmazdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
cebheinfo.az

1Mənbələr