AZ

Qalstanyan: “Paşinyanın ali təhsili yoxdur”

“Kanada vətəndaşlığı mənim bu ölkədə yaşdığıma dair sadəcə bir sənəd, vəsiqə və arayışdır. Mən orada yaşadığıma görə minnətdaram”. 

“Cebhe.info”-nun məlumatına görə, Ermənistan Jurnalistlər Birliyində keçirilən toplantıda Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan Baş nazir postuna iddia edib-etmədiyi ilə bağlı suala cavab verib.

Onun Kanada vətəndaşlığının Ermənistanın baş naziri olmasına mane olub-olmadığı da soruşulub:

“Bu pasport mənə qanunun tələb etdiyi bütün üsullarla verilib. Orada heç nə bizdəki kimi qardaşcasına təqdim olunmur...İmtina etməliyəmsə, edəcəm. İmtina etməməliyəmsə, etməyəcəm”.

Arxiyepiskop qeyd edib ki, Ermənistan Respublikasının hazırkı Baş nazirinin ali təhsili yoxdur və ali təhsil haqqında sənədi olmadan hökumət başçısı olub.

“Mən qanunu bilmirəm, amma bizim kənd başçıları yalnız bu sənədin olmadığına görə işdən çıxarılıb. Əyalət administrasiyaları adamları sırf ali təhsil diplomu olmadığı üçün işə götürmür. Bu, ölkəmizdə necə baş verdi?

Mənə elə gəlir ki, Ermənistanın indiki Baş naziri qanunları pozaraq ali təhsili olmadan Ermənistan Respublikasının Baş naziri olub. Bu, Konstitusiyanın pozulmasıdır, yoxsa yox? Xahiş edirəm ki, hüquqşünaslar bunu həll edib məlumat versinlər”, - deyə arxiyepiskop bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
45
cebheinfo.az

10Mənbələr