AZ

Bortnikovdan Azərbaycan açıqlaması: “İrəvan müraciət edib ki...”

Rusiya sərhədçiləri Ermənistanda qalır, bu ölkənin Türkiyə və İranla sərhədini qoruyacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarının (Azərbaycanla sərhəddən – red.) çıxarılması üçün müraciət edib, nəticədə belə bir qərar qəbul olunub.

Bortnikov həmçinin yaxın vaxtlarda Zvartnots hava limanında (İrəvan) sərhəd-keçid məntəqəsinin bağlanacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
teleqraf.com

1Mənbələr