AZ

Paşinyanın rəqibi: Xaricdən idarə olunan keşiş

“Ermənistan əvvəldən layihə dövlət kimi yarandığı üçün orada heç vaxt müstəqil hakimiyyət olmayıb”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”ya açıqlamasında deyib.

O bildirib ki, Ermənistanda həmişə kimlərinsə əlində maşa rolunda olan insanlar təyin olunub:

“İndiyə kimi erməni müxalifətində də, iqtidarında da bunu görmüşük. Birdən-birə bir keşişin ətrafına minlərlə insan toplayaraq İrəvanın mərkəzində böyük mitinq təşkil etməsi şübhəlidir. Bildirim ki, hər hansısa yerə 50-100 nəfərdən artıq adam toplaşırsa, deməli, orada təşkilatlanma var. Bu, həmin aksiyaların təşkil olunduğunu göstərir”.

Millət vəkili vurğulayıb ki, Nikol Paşinyana qarşı etiraz aksiyaları kənardan idarə olunur:

“Əlbəttə ki, həm aksiyalar, həm də keşiş Baqrat Qalstanyan kənardan idarə olunur. Bu vaxta qədər müxalifətdən və sadə adamlardan siyasi fiqur hazırlamağa çalışsalar da, alınmadı. İndi keşişdən istifadə etməyə çalışırlar. Üstəlik, keşişin də həyat fəaliyyətinə baxanda çox ziddiyyətli, aldadıcı olduğunu da görürük.

Ona görə də bu məsələdə kənar müdaxilənin olduğu açıq şəkildə özünü biruzə verir. Bütün bu proseslər isə həm Ermənistanın daxilindən, həm də xaricindən idarə olunur. Düşünürəm ki, keşiş Baqrat daxildən “5-ci kalon”, xaricdən isə Rusiya tərəfindən idarə olunur”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistanda siyasi vəziyyət qarışıqdır:

“Nikol Paşinyan isə hələlik radikal addımlar atmağa tələsmir. Siyasi texnoloqlar vəziyyəti ölçüb-biçirlər. İndiki vəziyyətdə, ajiotajın baş verdiyi vaxtda radikal addımlar atılması əks effekt verə bilər.

Ermənistan hakimiyyəti də bunu başa düşür. Hazırda bütün məsələlər nəzarət altındadır. 

Paşnyanın komandası nələrin baş verəcəyini öncədən doğru şəkildə hesablaya bilib. Amma bu toplumu zəhərləyən iki əsas sistem var.

Birincisi, yalançı tarixdir. Ona görə də toplum yüz illərdir zəhərlənib, uydurma tarixi faktlar hazırlayıblar. Nəsillər də belə tərbiyə alıb. İkincisi isə din faktorudur. 

Kilsələr Ermənistanda cəmiyyət tərəfindən qəbul olunan çox hörmətli yer kimi nəzərdə tutulur. Bu prosesi hazırlayanlar da məhz onları nəzərə alıblar”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
cebheinfo.az

1Mənbələr