AZ

AVRO-2024-də ilk: Macarıstan hamını qabaqlayıb

Macarıstan millisinin AVRO-2024 üçün heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Marko Rossi Almaniyadakı yarışa aparacağı futbolçuları müəyyənləşdirib.

Macarıstan qitə çempionatı üçün heyəti açıqlayan ilk komanda olub. Heyətə 26 oyunçu daxil edilib.

Qapıçılar: Deneş Dibuş (“Ferensvaroş"), Peter Qulaşi (“Leypsiq”, Almaniya), Peter Sappanos (“Paksi”);

Müdafiəçilər: Baloq Botond (“Parma”, İtaliya), Endre Botka (“Ferensvaroş”), Marton Dardai (“Herta”, Almaniya), Attila Fiola (“Fehervar”), Adam Lanq (“Omoniya”, Kipr), Villi Orban (“Leypsiq”), Attila Salai (“Frayiburq”, Almaniya);

Yarımmüdafiəçilər: Bendequz Bolla (“Servett”, İsveçrə), Mihay Kata (MTK), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Laslo Kleynheysler (“Hayduk”, Xorvatiya), Adam Nad (“Spetsiya”, İtaliya), Jolt Nad (“Puşkaş Akademiya”), Loik Neqo (“Havr”, Fransa), Andraş Şefer (“Union”, Almaniya), Kallum Stayls (“Sunderlend”, İngiltərə);

Hücumçular: Adam Martin (“Ulsan Hyundai”, Cənubi Koreya), Kevin Çobot (“Uypeşt”), Daniel Qazdaq (“Filadelfiya Union”, ABŞ), Kristofer Horvat (“Keçkemeti”), Roland Sallai (“Frayburq”, Almaniya), Dominik Soboslai (“Liverpul”, İngiltərə), Barnabas Varqa (“Ferensvaroş”).

Ehtiyat oyunçular: Listeş Kriştian (“Ferensvaroş”), Moçi Attila (“Rizespor”, Türkiyə), Tot Balaj (“Fehervar”), Vanşa Zalan (“Lommel”, Belçika), Veçey Bálint (“Paksi”).

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
11
idman.biz

10Mənbələr