AZ

Putinin vəzifədən azad etdiyi Patruşev gəmiqayırma məsələləri ilə məşğul olacaq

Rusiya prezidenti Vladimir Putinin köməkçisi təyin etdiyi Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşev gəmiqayırma məsələləri ilə məşğul olacaq.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Bu, onun nəzarətindəki əsas sahələrindən biri olacaq”, – o deyib.

“Niyə Patruşevə bu iş həvalə edilib” sualına cavab olaraq, Peskov deyib ki, vəzifələr bölüşdürülərkən təhlükəsizlik şurasının keçmiş katibinin böyük təcrübəsi nəzərə alınıb: “Əlbəttə, bu, bir qədər fərqli işdir. Lakin bu, strateji sənayedir, nəhəng kompleksdir və əlbəttə ki, Nikolay Platonoviçin böyük təcrübəsi burada mütləq böyük rol oynayacaq”.

Patruşev əslində 50 il əvvəl Leninqrad Gəmiqayırma İnstitutunu bitirib, lakin bundan dərhal sonra Dövlət Təhlükəsizlik Komitəsinə işə götürülüb. O, ömrünün çox hissəsini təhlükəsizlik və əks-kəşfiyyat orqanlarında çalışıb.

Son 16 il ərzində Patruşev Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub və 2024-cü ildə Putin beşinci müddətə prezident seçildikdən sonra bu vəzifədən azad edilib. Onun yerinə əvvəllər Müdafiə Nazirliyinə rəhbərlik etmiş Sergey Şoyqu təyin edilib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azpost.info

1Mənbələr