AZ

ABŞ Çinin bu mallarına idxal rüsumlarını kəskin artırdı

ABŞ prezidenti Co Baydenin administrasiyası elektrik avtomobilləri, yarımkeçirici komponentlər, akkumulyatorlar, günəş panelləri və minerallar da daxil olmaqla geniş çeşiddə Çin mallarına yüksək idxal rüsumları elan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti açıqlayıb.

Məlumatdan aydın olur ki, ümumilikdə 2024-2026-cı illərdə rüsumların artırılması Çinin ildə təxminən 18 milyard dollarlıq ixracına təsir edəcək. Ən əhəmiyyətli artım - 4 dəfə - Çin elektrik avtomobillərinin ABŞ-a idxalına rüsumların artırılması olacaq. Onlar indiki 25 faizdən 100 faizə yüksələcək.

Çin yarımkeçirici komponentlərinin tarifləri 2025-ci ildən etibarən 25 faizdən 50 faizə qaldırılacaq.

Vaşinqton Çindən elektrikli avtomobillər üçün litium-ion akkumulyatorların idxalına tarifləri 2024-cü ildə 7,5 faizdən 25 faizə qaldıracaq, digər məqsədlər üçün nəzərdə tutulan litium-ion akkumulyatorlar üçün tariflər isə 2026-cı ildə eyni şəkildə artırılacaq.

Təbii qrafit üçün rüsumlar 2026-cı ildə sıfırdan 25 faizə, bir sıra digər mineral xammal növləri üçün - artıq bu il, günəş batareyaları üçün (modul və ya olmayan) - bu il 25 faizdən 50 faizə qədər artırılacaq. Bundan əlavə, konteyner gəmi kranları və fərdi qoruyucu vasitələr də daxil olmaqla bəzi növ tibbi məhsullar üçün rüsumların artırılması gözlənilir.

Çindən ABŞ-a polad və alüminium məhsullarının tədarükü üçün rüsumlar isə cari ildə 0-7,5 faizdən 25 faizə qədər artırılacaq.

Milli İqtisadi Şuranın (NEC) rəhbəri Leil Brainard bildirib ki, tədbirlər "Bayden administrasiyasının tarixi iş yerləri yaradan investisiyalarının Çindən ədalətsiz ucuz Çin mallarının axını ilə zədələnməməsini təmin edəcək".

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
1
musavat.com

2Mənbələr