AZ

Azərbaycanda adından söz etdirən hücumçunun ayağını sındırdılar - FOTO

«Difai»nin aparıcı futbolçularından sayılan Kristian Kamta ağır zədə alıb.

Ötən ilin noyabrından etibarən ölkəmizdə çıxış edən və vurduğu qollarda adından söz etdirən kamerunlu hücumçunun ayağı sındırılıb.

Hadisə I Liqanın 25-ci turunda «İrəvan»la keçirilən səfər qarşılaşmasında (0:0) baş verib. Azərbaycanda

Matçın əvvəlində rəqibin kobudluğun məruz qalan forvard ayağından aldığı ciddi xəsarəti hamıdan gizlədib. Yalnız oyundan sonra bildirib ki, topuq nahiyəsi şiş içindədir və yeriməyə çətinlik çəkir.

Afrikalı qolçu təcili xəstəxanaya aparılıb və «Best Klinika»da ayağı gipsə qoyulub. Kamerunlu minimum 3-4 həftə müalicə prosesi keçəcək.

Bu isə o deməkdir ki, Kristian çempionatın son 2 turunda meydana çıxmayacaq.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
sportinfo.az

1Mənbələr