AZ

Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq

Yaxın vaxtlarda İrəvanda “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacağıq.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıblar. A.Qriqoryanın sözlərinə görə, hakimiyyətin mövqeyi ondan ibarətdir ki, Ermənistan sərhəd qoşunları beynəlxalq hava limanında xidmət etməlidir.

Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İrəvanın “Zvartnots”la bağlı qərarı çətin ki, Ermənistanın təhlükəsizlik maraqlarına cavab versin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
2
ikisahil.az

3Mənbələr