AZ

Tbilisidə parlament binasının qarşısında polis etirazçılara müdaxilə edib

Gürcüstan parlamentinin plenar sessiyasında "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin üçüncü və sonuncu oxunuşda qəbul olunmasından sonra Tbilisidə toqquşmalar başlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısında toplaşan etirazçılara polis müdaxilə edib.

Toqquşmalar zamanı çox sayda saxlanılanların olduğu, əraziyə su şırnaqları ilə müdaxilə edildiyi bildirilir. Xüsusi təyinatlı polis Rustaveli prospektinin təmizlənməsinə başlayıb.

Polis parlament binasının yerləşdiyi bütün küçələri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
apa.az

10Mənbələr