AZ

Beyin xərçəngi olan həkim özünü bu üsulla sağaltdı

Avstraliyalı alim Riçard Skolyer həmkarı ilə birlikdə hazırladığı müalicə sayəsində beyin xərçənginə qalib gəlib.

Publika.az xəbər verir ki, Skolyer keçən il konfransa getdiyi Polşanın Krakov şəhərində gəzdikdən sonra halı pisləşib. Ona beyin xərçənginin ən aqressiv növü olan qlioblastoma diaqnozu qoyulub.

Skolyer uzun müddət mütəxəssislərin nəzarəti altında həmkarı professor Corcina Lonq ilə birlikdə xərçəng müalicəsi almağa başlayıb. Eksperimental araşdırmada iki alim xərçəngə səbəb olan şişin cərrahi yolla çıxarılmasından əvvəl immunoterapiya dərmanlarının müalicəsinə başlayıblar.

Beləliklə, orqanizmin immuniteti əməliyyatdan əvvəl xərçənglə mübarizə aparmağa başlayıb. Bu səyləri ilə ömrünü yüzdə 10-dan yüzdə 50-yə yüksəldən iki alim “İlin Avstraliyalısı 2024” mükafatını da alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
2
publika.az

3Mənbələr