AZ

AĞDAM 32 SAYLI TAM ORTA MƏKTƏBDƏ "SONUNCU ƏMR" KİTABININ İCTİMAİ MÜZAKİRƏSİ BAŞ TUTDU- FOTOLAR

Bakının Qaradağ rayonundakı "Qobu-Yaşayış" kompleksində yerləşən Ağdam 32 saylı tam orta məktəbdə Dövlət mükafatına təqdim olunmuş "Sonuncu əmr" romanının ictimai müzakirəsi keçirildi...

Tədbir başlamamışdan öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Dövlət himni birgə oxundu.

 Tədbiri açıq elan edən məktəbin direktoru Ülviyyə xanım Hacıyeva "Sonuncu əmr" romanı barədə ətraflı bilgi verdikdən sonra söz romanının müəllifi, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərziliyə verildi. Müəllif əsərin yazılma səbəb və şəraiti barədə danışdı... Sonra məktəbin direktor müavini Cəvahir Şıxıyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Ruhiyyə Poladova, Azərbaycanın Əməkdar müəllimi Nəzakət Əhmədova, keçmiş döyüşçü, ehtiyatda olan mayor, sabiq batalyon komandirinin müavini Aidə Şirinova, eləcə də müəllimlər- Aygün Abbasova, Rəmziyyə Əliyeva çıxış edərək Azərbaycanın müharibə tarixindən, eləcə də romanın gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında oynayacağı rolundan danışdılar.

Asif Mərzili tədbirin təşkilinə görə Ağdam 32 saylı tam orta məktəbin direktoru Ülviyyə xanım Hacıyevaya və direktor müavini Cəvahir xanım Şıxıyevaya, eləcə də müəllimlər- Aygün Abbasovaya, Rəmziyyə Əliyevaya və başqalarına dərin təşəkkürünü bildirdi. Müəllimlərin, şagirdlərin sualları isə onların Vətənə soncuz sevgilərinin təzahürü idi...

32-2

Sonra xatirə şəkilləri çəkdirildi.

Daha geniş yazı az sonra təqdim ediləcək...

 Xatırladırıq ki, Prezident Fərmanı ilə təsis edilmiş Dövlət Mükafatları Komissiyasının qərarına əsasən (Azərbaycan Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib) bu dəfəki (iki ildən bir verilir) Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, şəhid Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var. 

Y.Məmmədli

32-3

32-4

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
tezadlar.az

1Mənbələr