AZ

FSB, DİN və Rusiya Qvardiyası əməliyyat keçirdi - 60 əcnəbi saxlanıldı

Sankt-Peterburqda miqrantların yaşayış yerlərində axtarışlar aparılıb, azı 60 nəfər saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsi bildirib. 

Əməliyyat rayon polis müvəkkilinə qarşı korrupsiya faktı ilə bağlı açılan cinayət işi çərçivəsində həyata keçirilib. 

Polis dəmir yolu və aviabiletlərin satışı ilə məşğul olan sahibkardan azı 70 min rubl məbləğində rüşvət almaqda ittiham olunur. Müstəntiqlərin fikrincə, rayon polis məmuru 2023-cü ilin fevralından 2024-cü ilin aprelinə qədər ödəniş alıb. İstintaq Komitəsi hesab edir ki, təqsirləndirilən şəxslər bir neçə miqrantla münasibətdə olub, hətta onların yaşayış ünvanlarını da müəyyən ediblər.

"Müstəntiqlər FSB və Daxili İşlər Nazirliyinin regional idarələrinin əməkdaşları ilə birlikdə Rusiya Qvardiyasının hərbi dəstəyi ilə 10-dan çox axtarış aparıb və azı 60 əcnəbini saxlayıblar. Onların Rusiya Federasiyası ərazisində olma şəraiti aydınlaşdırılır, qanunsuz miqrasiya faktı ilə bağlı cinayət işinin açılması məsələsi həll edilir", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
50
unikal.az

10Mənbələr