AZ

Azərbaycanda bank kartlarına kütləvi hücum: külli miqdarda pul oğurlandı, DİN hərəkətə keçdi

Son günlər Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqla bağlı maraqlı statistika paylaşır, əməliyyatlar haqda məlumat yayır.

“Kartdan karta” sisteminin yayıldığı vaxtda, ümumiyyətlə, bank kartlarının tətbiqinin çoxaldığı dövrdə kibercinayətkarlıq da çoxalır. Bəs necə edək ki, dələduzların qurbanına çevrilməyək?

Bunun qarşısını almağın ən təsirli yolu nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov təəssüf hissi ilə vətəndaşlarımızın xeyli sayda kiberdələduzların qurbanına çevrildiyini qeyd edib.

Onun sözlərinə görə, bunun başlıca səbəbi bir qisim insanın məlumatsız olmasından, digər qismin isə eşitdikləri və gördükləri hadisələrdən dərs çıxarmayaraq “bəlkə, elə deyil” deməsindən irəli gəlir:

Elvin Həsənov

“Pandemiya dövründən bu yana nəzər salsaq, onlayn alış dövriyyəsi dəfələrlə artıb. Əlbəttə, bu hal yaxşıdır ki, yer, məkan dəyişmədən istədiyin məhsulu rahatlıqla əldə edə bilirsən. Lakin burada insanları gözləyən tələ də ola bilir. İlk öncə mənşəyi bilinməyən alış-veriş səhifələrindən uzaq durmaq lazımdır. Bundan başqa, vətəndaşların sosial platforma səhifələrinə, mobil cihazlarına, elektron poçt ünvanlarına gələn saxta şans (hədiyyə) kuponlarına, insanları şirnikləşdirən linklərə aldanmaq olmaz”.

E.Həsənov məlum olmayan tətbiqlərin mobil telefonlara yüklənməsini məsləhət görmədiyini deyib:

“Bilinməyən tətbiq özü ilə paralelliyində istər kompüterə, istərsə də mobil cihaza zərərverici servisi gətirib aktiv saxlaya bilir. Hansı ki, buna nümunələrdən biri olan “Google” tətbiqi ilə gələn “xamelyan” adlı zərərverici servisdir. Bu servis adətən gecə saatlarında işləyir və vətəndaşların telefonlarındakı bank tətbiqlərindən külli miqdarda vəsait silinmiş olur. Bu kimi zərərverici tətbiqlər xeyli saydadır. Eyni zamanda vətəndaşlar aldıqları məhsulun ödənişini onlayn qaydada ödəyərkən onlardan soruşulan debet kartlarının məlumatlarını alış səhifələrinin yaddaşında saxlamamalıdırlar. Əgər bir şəxs dələduzluğun qurbanı olubsa, bank kartındakı vəsait tam deyil, müəyyən bir miqdarda silinibsə, həmin adam dərhal bankla əlaqə saxlayıb hesabını bloklamalıdır. İnsanlar bəzən kartı bloklayır, amma bu, pulun silinməsinə maneə deyil. Hesab bloklanmalıdır ki, ödəniş avtorejimdə olan zaman təkrar pul silinməsin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
turkustan.az

1Mənbələr