AZ

ABŞ-dan şok iddia- Ruslar Xarkova girsə, Qərb Ukraynanı atəşkəsə məcbur edəcək...

Image

ABŞ mediasından Rusiya prezidenti Vladimir Putinin hərbi əmri ilə başlayan və 2 ildən çoxdur davam edən Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən bir iddia ortaya atıb. "New York Times" yazıb ki, Rusiya ordusu Xarkova daxil olarsa, Ukrayna atəşkəsi qəbul etməli olacaq.

Rusiya qoşunları Xarkova girərsə, ukraynalıların və onların müttəfiqlərinin tamamilə ruhdan düşə biləcəyini qeyd edən qəzet yazıb ki, iki ildə yüz minlərlə itki və milyardlarla dollar xərclənməsindən sonra onlarda elə bir təəssürat yarana bilər ki, çox az şey dəyişib. Bu vəziyyətdə Qərb Rusiya ilə atəşkəs danışıqları aparmaq üçün Ukrayna administrasiyasına təzyiqi artıracaq.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi mayın 11-də Xarkov ətrafında əhalinin sıx məskunlaşdığı bəzi ərazilərin ələ keçirildiyini açıqlayıb. Regiondakı qondarma hərbi-mülki administrasiyanın rəhbəri Vitali Qançev iddia edib ki, Ukrayna qoşunları Xarkov yaxınlığında yerləşdirilib, lakin onlar Rusiya qüvvələrinin hücumu qarşısında geri çəkilməli olublar.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
baki-xeber.com

1Mənbələr