AZ

Ekoloq: İnsanlar bir ağacı kəsməklə təbiətə nə qədər zərər verdiyini başa düşməlidirlər

Sosial şəbəkələrdə Qusar rayonunda meşəlik ərazidə çox sayda ağacın kəsilməsi barədə məlumatlar yayılıb.
Bildirilir ki, sözügedən ərazidə irigövdəli ağaclar kəsilərək yerində tikinti işləri aparılır.
“Ağacların kəsilməsinə mart ayından başlayıblar. Artıq 50-yə yaxın ağacı kəsiblər. Torpağı sakinlərə fərdi ev tikmək üçün verirlər. Onlar da əllərində çıxarışları olduğu üçün ağacları kəsirlər. Nə qədər narazılıq bildirsək də, əhəmiyyəti yoxdur”, - deyə sakin Arif Əhmədov söyləyib.

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və tərəfimizdən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb.

“Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız ərazidə olublar. Son aylara aid yeni ağac kəsilməsi faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar hələ 2023-cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib. Həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb”, - deyə H.Əlizadə əlavə edib.


Ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a söyləyib ki, ətraf mühitə və çevrəyə münasibət mədəniyyət məsələsi olmalıdır:

“İnsanlar bir ağacı kəsməklə təbiətə nə qədər zərər verdiyini başa düşməlidirlər. Ətrafdakı insanların da ağacların kəsilməsinə görə etiraz etmələrinə məmnun oluram. Bütün vətəndaşlar belə hallara biganə qalmamalıdır. Belə məmurlara cəza kəsilir və yaxudda işdən azad edilib çıxıb gedir. İşə götürülən məmur bunları bilməli, anlamalı və mədəniyyətli olmalıdır. Vətəndaşlar, iş adamları, ərazidə mənzil və yaxudda nəsə tikmək istəyən şəxslər bilməlidirlər ki, təbiətə ziyan vurmaq olmaz. Bəzi məmurlar gecə ilə rüşvət alaraq imkan verirlər ki, ağaclar kəsilsin. Belə hadisələrin baş verməsinə çox üzülürəm. Mən olsam elə məmurların övladlarını da gələcəkdə Dövlət Qulluğuna işə götürməzdim.”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
sherg.az

1Mənbələr