AZ

Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul etdi


Gürcüstan parlamenti plenar iclasda səs çoxluğu ilə xarici agentlər haqqında qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, iclas qanunverici orqanın internet saytında canlı yayımlanıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsvermənin nəticələrinə yekun vurarkən 84 nəfərin qanun layihəsinin lehinə, 30 nəfərin isə əleyhinə səs verdiyini bildirib.
Qeyd edək ki, aprel ayında hakim “Gürcü Arzusu” Partiyası xarici agentlər haqqında qanun layihəsini yenidən parlamentə təqdim edib. Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda, mayın 1-də isə ikinci oxunuşda qəbul edib.
Layihə ilə bağlı parlament prosedurları bir ay ərzində etiraz aksiyaları ilə müşayiət olunub. Nümayişçilərə dəfələrlə dəstəyini ifadə edən Gürcüstan Prezidenti Salome Zurabişvili qanun layihəsi təsdiq olunacağı təqdirdə, ona veto qoyacağını bildirib. Bununla belə, prezidentin vetosu daha çox formal xarakter daşıyır, çünki parlament bunu ləğv etmək üçün sadə səs çoxluğuna ehtiyac duyur.
Qanun layihəsi gəlirlərinin 20%-dən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin qeydiyyatını nəzərdə tutur. Layihəyə əsasən, “xarici qüvvələrin maraqlarını təbliğ edən təşkilat” hesab edilən hər kəs dövlət reyestrində qeydiyyatdan keçməlidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
yeniavaz.com

2Mənbələr