AZ

“Yaşıl dünya üçün innovasiyalar”

Rəqəmsal İdeya Müsabiqəsinə start verilir

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsinə start verilir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən müsabiqənin məqsədi gənclərin innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində iştirakçılığının artırılmasıdır.

Müraciət edəcək gənclər arasından yekunda 120 nəfər müsabiqə iştirakçısı olmaq şansını qazanacaq.

“Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsində iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaq və nəticələrə uyğun olaraq qaliblər mükafatlandırılacaqdır. Bu istiqamətlər vətəndaşların ətraf mühitin qorunması və ekoloji maarifləndirilməsi üçün mobil tətbiq konseptinin hazırlanması, işğaldan azad edilmiş ərazilərdə uğurlu yaşıl dünya modelini əks etdirən maketlərin qurulması, həmçinin “yaşıl təfəkkür”ü inkişaf etdirən intellekt oyunlarından ibarət olacaqdır.


Siz də yeni çağırışlara öz töhfənizi vermək arzusundasınızsa, “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat linki: https://bit.ly/3UWlFvM

[email protected]

Son qeydiyyat tarixi: 03.06.2024, 23:00

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
yeniazerbaycan.com

3Mənbələr