AZ

“Qızıl top” mükafatının favoriti açıqlanıb

“Qızıl top” mükafatı üçün favoritlərin adı açıqlanıb

Məlumata görə, siyahının ilk iki pilləsinə “Real Madrid” klubunun ulduz futbolçuları başçılıq edirlər. Vinisius Junior birinci, Cud Bellingem isə ikinci pillədə qərarlaşıblar. İlk üçlüyü mövsümün sonunda PSJ-dən ayrılaraq “Real Madrid”ə qatılacaq futbolçu Kilian Mbappe tamamlayır.

Səkkiz dəfə “Qızıl top” mükafatının sahibi olan argentinalı ulduz Lionel Messi isə siyahının 16-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm də “Qızıl top”un mükafatçılar siyahısında yer almayıb.

Mənbə: Sporx.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
3
oxu.az

4Mənbələr