AZ

Deputatlar arasında dava düşdü

Gürcüstanda gərgin nümayişlərə səbəb olan və ölkəni siyasi böhrana sürükləyən “xarici agent” qanun layihəsinin yekun müzakirəsi yekunlaşarkən deputatlar arasında dava düşüb.

News24.az xəbər verir ki, vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatların “xarici təsir agenti” kimi qeydiyyatdan keçməsini tələb edən qanun layihəsi qəbul olarsa, Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiya prosesi dalana dirənə bilər.

Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinin bu gün parlament tərəfindən qəbul ediləcəyi təqdirdə ona veto qoyacağını açıqlayıb.

Bununla belə, hakim partiyanın qanun layihəsinə Zurabişvilinin veto qoymasını ləğv etmək üçün parlamentdə çoxluğu var.

Parlamentdə qanun layihəsinin müzakirəsi başlayarkən təxminən minə yaxın nümayişçi parlament binası qarşısına toplaşıb.

Qeyd edək ki, qanun layihəsi Gürcüstanın 1991-ci ildə Rusiyadan müstəqillik qazanmasından sonra ölkə tarixində ən böyük nümayişlərdən birinə səbəb olub və nümayişlərdə on minlərlə insan iştirak edib.

Günel Məlikzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
news24.az

1Mənbələr