AZ

Ukraynanın ABŞ-dakı keçmiş səfirindən ÇAĞIRIŞ:Ottava Konvensiyasından çıxın!

Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy Ukraynanın Espreso.tv saytına açıqlamasında Kiyev rejimini Ottava Konvensiyasından çıxmağa çağırıb.

"İki sahil" RT-yə istinadla xəbər verir ki, o, bununla da piyada əleyhinə minaların istifadəsi, yığılması və istehsalına qoyulan qadağadan imtina etməyi dəstəkləyib.

“Rusiyanın irəliləyişi... Ukraynanın Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Ottava Konvensiyasında iştirakını tamamilə fərqli prizmadan yanaşma ortaya qoyur”, - o, bildirib.

Keçmiş diplomat bu mövzuda Vladimir Zelenskinin iştirakı ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası səviyyəsində danışıqlara başlamağa, həmçinin bu məsələni tərəfdaşlarla müzakirə etməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
ikisahil.az

1Mənbələr