AZ

“Bu gün hər kəs dünyada ailənin qorunması barədə düşünür” – Bahar Muradova  

“Bizim iqtisadi, sosial, mədəni fəaliyyətimizin əsasında insan və onun rifahı dayanır. Bu da bizə ilk ailədən keçir”.

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən Ailə festivalında çıxışı zamanı bildirib.

B.Muradova bildirib ki, ailə milyonların birliyi olan cəmiyyət üçün insan formalaşdıran ilk mühitdir:

“Dövlətin qarşısında dayanan ilk təhlükəsizliyin qorunmasıdır. Biz milli kimliyimizə sadiq xalq olmuşuq, türk birliyinin inkişafına töhfə vermişik, hər zaman milli, iqtisadi və insani sərvətlərimizə söykənmişik. Bütün dövlət orqanları insanların rifahı naminə lazimi addımların atılması istiqamətində fəaliyyət göstərirlər. Bu gün hər kəs dünyada ailənin qorunması barədə düşünür. 
Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması da ailə birliyindən xəbər verdi. İnsanlar bu ailələrdə öz inam və etibarlarını itirmədi, torpaqları uğrunda öz canını fəda edən oğullar böyütdülər. İnsanların öz ocağında öz işığını yandırması üçün canlarından keçən igidlər qarşısında baş əyirik”. 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
40
bizim.media

10Mənbələr